Yeni başçı müavinlərini və köməkçisini işdən çıxardı

10.09.2020 16:55     Sosreaksiya     1799

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2 müavinini və köməkçisini vəzifəsindən azad edib.

Reaksiya.az Unikal.org-a istinadənxəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı  rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Şərhlər