Bu türk ölkəsinin 240 vətəndaşı Bakıdan yola salındı
10.09.2020 21:56 Sosreaksiya 896
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Reaksiya.az-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 240 Qazaxıstan vətəndaşı və 159 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.
Şərhlər