Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: ölən var

11.09.2020 11:14     Sosreaksiya     1124

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Mersedes” markalı mikroavtobusun yol kənarında dayanan DAF markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Bu barədə Reaksiya.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Reaksiya.az 

Şərhlər