Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək
11.09.2020 13:39 Sosreaksiya 1038
Penitensiar Xidmət professor Adil Qeybullanın həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.
Bu Barədə Reaksiya.az-a vəkil Elçin Sadıqov bildirib.
O, görüşün bu gün saat 17:00-da olacağını qeyd edib.
Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
Toiq Yaqublu isə ittihamları qəbul etməyərək, hökmdən apelyasiya şikayət verib.
Şərhlər