Gürcüstanın bəzi şəhərlərində yeni dərs ili təxirə salınıb

11.09.2020 15:31     Sosreaksiya     893

Gürcüstanın Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni dərs ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısı ölkədə koronavirusa gündəlik yoluxma sayında artımın olmasına baxmayaraq, təşvişə əsasın olmadığını deyib.

Qeyd edək ki, qonşu ölkədə bütün məktəblərdə yeni tədris ilinin başlaması sentyabrın 15-nə təyin edilmişdi. 

Reaksiya.az

Şərhlər