Dərslər bu formada keçiriləcək - NAZİRLİK

11.09.2020 17:39     Sosreaksiya     1016

Siniflər qruplara bölünəcək. 30-40 şagird olan siniflər müvafiq olaraq 15-20 nəfərlik iki qrupda təhsil alacaq. Birinci qrup məktəbə birinci növbə, ikinci qrup isə ikinci növbə gələcək. Növbəti həftədə isə qrupların növbəsi dəyişəcək. Beləliklə, şagirdlər hansı qrupa düşməsindən asılı olmayaraq, bir həftə gündüz, ikinci həftə isə günorta növbəsi olacaqlar.

Reaksiya.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təlimatı ilə məktəblərdən valideynlərə göndərilən məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, maska taxmaq məcburi olmayacaq:

"Şagirdlər parta arxasında tək-tək oturacaqlar. Onlara özləri ilə spirt, nəm və quru salfetka gətirmələri məsləhət görülür".

Şagirdlər həftədə iki gün canlı, 3 gün isə onlayn qaydada təhsil alacaqlar.

Reaksiya.az

Şərhlər