"Niva" "Bakubus"a çırpıldı - Foto

12.09.2020 00:56     Sosreaksiya     1180

7A marşrut xətti üzrə hərəkətdə olan 99 JH 268 dövlət qeydiyyat nişanlı “Bakubus” sərnişin avtobusu metronun “Q.Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə BNA-nın məlumatında deyilir.

Qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetməni itirərək avtobusa çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır, avtobusun müşahidə kameralarının görüntüləri təhlil ediləcək. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.

Reaksiya.az

Şərhlər