Astarada gəlin qaynatasını bıçaqlayıb

13.09.2020 23:59     Sosreaksiya     783

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Reaksiya.az “Report”a un istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az 

Şərhlər