Bu gündən metronun fəaliyyəti bərpa edilir

14.09.2020 00:15     Sosreaksiya     767

Bu gündən etibarən Bakı metropoliteninin fəaliyyəti bərpa edilir.

Reaksiya.az xəbər verir ki, saat 06:00-dan başlayaraq metroda qatarlar sərnişindaşıma xidmətini həyata keçirəcək.

Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Reaksiya.az

Şərhlər