Bakıda "Leksus" aptekə girdi - Foto

14.09.2020 11:48     Sosreaksiya     761

Bu gün səhər 08:30 radələrində şəhərin Cəfər Cabbarlı küçəsində yol qəzası baş verib.

Reaksiya.az Qazet.az-a istinadən xəbər verir ki, “Leksus” markalı ağ rəngli avtomobil idarəetməni itirərək qarşıdan gələn “Şevrolet” markalı qırmızı rəngli avtomobillə toqquşub, daha sonra isə yolun sağ tərəfində yerləşən aptekə çırpılıb.

Hazırda qəza yerində yol polisi əməkdaşları araşdırma aparır.

Reaksiya.az

Şərhlər