Mehdiyevin milyonluq villası: 20 hektar ərazi...

15.09.2020 10:01     Sosreaksiya     1248

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin Göyçayın Hüngütlü kəndində yerləşən villasının satışa çıxarması barədə məlumat vermişdik. 
 
Villa hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
 
 
Villanı akademikə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun bağışladığı iddia edilir. 
 
Blogger Həbib Müntəzir xəbəri təsdiq edən təfərrüatları paylaşıb. O, qeyd edib ki, Ziya Məmmədov həmin villanı xalası oğlu Mənsur Məmmədov Göyçayın icra başçısı olan zaman inşa etdirib. Mənsur Məmmədov hazırda Ucar rayonunun icra başçısıdır. 
 
Bloggerin yazdığına görə, 20 hektar əraziyə sahib malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə süni göl də var. Villa 2014-cü ildə tikilib. Ondan əvvəl isə ərazi düzənlik olub.
 

Şərhlər