Autizm sindromlu uşaqlar üçün təlimlər keçirilir
13.08.2015 15:05 Sosreaksiya 1308

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi” adlı layihəsinin icrasını uğurla davam etdirir.
Reaksiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin məqsədi autizm sindromlu uşaqların yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi, kompüterdən istifadə qaydalarının mənimsənilməsi, valideynlərin maarifləndirilməsi, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyasından ibarətdir.
Layihə çərçivəsində “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”ndə növbəti təlim keçirilib.
Təlimdə autizm sindromlu uşaqlara kompüterdən istifadə qaydaları və işləmək metodları öyrədilib.
Şərhlər