Yer sakinlərini növbəti Ay tutulması gözləyir

13.08.2015 15:07     Sosreaksiya     1578

Sentyabrın 28-də Yer sakinləri növbəti Ay tutulmasını müşahidə edəcəklər. 

Reaksiya.az xəbər verir ki, bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması hadisəsindən sonuncusudur.

Bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə olması ilə, yəni Ayın bədirlənməsi ilə üst-üstə düşəcək. Həmin vaxt Ay Yer kürəsindən adi ölçüsündən daha böyük və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə, Ayın tam tutulması fazası isə 1 saat 12 dəqiqə davam edəcək.

Tutulma sentyabrın 28-də Qrinviç vaxtı ilə saat 1:07-də başlanacaq, saat 4:27-də isə başa çatacaq. Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə olunacaq.

Şərhlər

Çox oxunanlar