Qurban Məmmədovun binası: polis nəzarəti yoxdur - Foto

16.09.2020 11:41     Sosreaksiya     497

Xaricə sığınan hüquqşünas Qurban Məmmədova məxsus binasında məskunlaşan bütün sakinlər artıq köçürülüb.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Murtuza Nağıyev 4-6 ünvanındakı binanın söküntüsü dayandırılıb. 

Artıq binada polis nəzarəti də götürülüb və hazırda bina komendantın ixtiyarındadır.

Binanın komendantı deyib ki, Qurban Məmmədovun ailə üzvləri, qohumları öz istəkləri ilə yaşadıqları evi tərk ediblər.

Söküntü işləri Q.Məmmədova məxsus mənzillərin, obyektlərin birinci və ikinci mərtəbəsində aparılıb və 6 sentyabrda dayandırılıb.

Məsələ ilə bağlı açıqlama verən Bakı meriyası isə qanunsuz tikilinin nə vaxt söküləcəyi barədə məlumatsız olduğunu bildirib. 

Reaksiya.az

Şərhlər