Millət vəkili: Qarabağ qazisinin həbsdə qalması... - MM-də MÜZAKİRƏ
17.09.2020 11:07 Sosreaksiya 896
“Mən bu gün Tofiq Yaqublunun günahkar olub-olmaması ilə bağlı məlumatlı deyiləm”.
Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, bu gün Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid olunur:
“Əgər Tofiq Yaqublunun şəxsiyyəti əsasında yaranan məzəmmətlər ölkəmizə ziyan vurursa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.
Millət vəkili Bəhruz Məhərrəmov həmkarı Razi Nurullayevlə eyni fikirdə olduğunu bildirib:
“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil. Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.
Şərhlər