Qurban Məmmədov sərbəst buraxılıb

17.09.2020 12:58     Sosreaksiya     1040

Azərbaycan hüquq mühafizə orqanlarının haqqında beynəlxalq axtarış elan etdiyi Türkiyədə saxlanıldığı deyilən Qurban Məmmədovun azadlığa çıxaraq İngiltərəyə qayıtdığı deyilir.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Q. Məmmədovun oğlu Qoşqar Məmmədov bildirib.

Qeyd edək ki, Qoşqar Məmmədov özü bundan öncə Azərbaycan hüquq-mühafizə orqanlarının haqqında beynəlxalq axtarış elan etdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə məlumat yaymışdı.

Reaksiya.az

 

Şərhlər