Toyda zəhərlənənlər evə buraxıldı
13.08.2015 15:46 Sosreaksiya 1168

“Zəngəzur” şadlıq evində toyda zəhərlənənlər evə buraxılıb. 2 uşağın müalicəsi isə davam etdirilir.
Bunu Reaksiya.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, şadlıq evindəki kütləvi zəhərlənmədən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu xəstəxanasına yerləşdirən şəxslərdən 75-i bu gün evə buraxılıb:
“Müalicə edilən uşaqların vəziyyəti yaxşıdır və yaxın zamanlarda onlar da evlərinə buraxılacaqlar”.
Qeyd edək ki, avqustun 8-i “Zəngəzur” şadlıq evində 77 nəfər “paytaxt salatı”ndan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
Şərhlər