Tofiq Yaqublu azadlığa buraxıldı - Təcili
18.09.2020 16:25 Sosreaksiya 1039
Hazırda Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilir.
Reaksiya.az xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.
Məhkəmənin önündə jurnalist və T.Yaqublunun yaxınları toplanıb. Ərazidə olan polis onlara maska taxmağı və sosial məsafəni qorumaqla bağlı tövsiyələr verir.
***
Reaksiya.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.
Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Şərhlər