Xəstəlikdən qorunun - Xərçəngin qarşısını almağın yeddi yolu

13.08.2015 16:09     Sosreaksiya     2717

Siqaretdən uzaq durun

Tütün bütün dünyada xərçəngdən ölümə səbəb olan və böyük ölçüdə qarşısı alınmayan bir risk faktoruna sahibdir. Tütünün bütün xərçəngdən ölümlərin 22% - nə səbəb olduğu təxmin edilir. Təkcə siqaret içmək yox, tütün çeynəmək və burunotu çəkmək də xərçəngə səbəb ola bilər. Ətrafda çəkilən siqaretin tüstüsünü ciyərlərinə çəkənlər də təhdid altındadır.

Günün altında çox qalmayın

Tez – tez təsadüf olunan xərçəng növlərindən olan dəri xərçəngindən qorunmağın yaxşı bir yolu var. Bol miqdarda qoruyucu günəş kremindən istifadə edin. Ultrabənövşəyi şüaların ən güclü olduğu 10:00 -dan – 16:00 – a kimi günəşdən uzaq qalmaq lazımdır. Papaq, paltar və günəş gözlüyündən istifadə də əlavə qoruma təmin edir. Ultrabənövşəyi şüalar yayan solarium cihazlarının da kanserogen təsirinin olduğu müəyyən edilib.

Tədbirli olun

Əlamətlərinə görə bəzi xərçəng növlərini əvvəlcədən müəyyən etmək lazımdır. Daimi olaraq öz-özünə nəzarət və tədbir müayinəsi etmək məsələn dəri ya da sinə kimi bəzi xərçəng növlərinin tez aşkarlanmasına və müalicəsinə kömək edə bilər. Ancaq bütün xərçəng növləri üçün tədbir müayinəsi etmək imkanı yoxdur. Bu mövzudakı faydalı məlumatlar üçün həkimlə məsləhətləşməkdə fayda var.

Hərəkətli olun, çox kilonun qarşısını alın

Yemək borusu,mədə, məmə, rəhim və böyrək xərçəngi həddindən artıq kilo ilə bir başa bağlıdır. Daim idmanla məşğul olmaq və məşqlə yanaşı bol meyvə və tərəvəz ilə sağlam qidalanmaq və az miqdarda qırmızı ət yemək xərçəng riskini əhəmiyyətli ölçüdə azaldır.

İnfeksiyanın qarşısını  alın

İnfeksiyalar xərçəngdən ölümlərin inkişaf etməkdə olan ölkələrdə təxminən 22%, sənayeləşmiş ölkələrdə isə 6% - dan çoxdur. Hepatit virusu qaraciyər, insan papiloma virusu rəhm ağızı, fotoşəkildəki helikobakter pilori bakteriyası mədə xərçəngi riksini artırır. Bəzi viruslardan peyvəndlə qorunmaq mümkündür.

Spirt istehlakı xərçəng riskini artırır

Dünya Sağlamlıq Təşkilatının fikrincə, içilən spirtə uyğun olaraq xərçəng riski də artır. Spirt, ağız boşluğu, udlaq, gırla, yemək borusu, qaraciyər və sinə kimi bir çox xərçəng növünə tutulma riskini artırır.

Sağlamlığa ziyanlı maddələrdən qaçının

Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, hava, su və torpağın xərçəngə yol açan maddələrlə çirklənməsi bütün xərçəng xəstəliklərinin 1% ilə 4% artmasına səbəb olur. Evlərdə yandırılan kömürün meydana gətirdiyi hava çirkliliyi dolayısı ilə ağciyər xərçənginə tutulma riski siqaret çəkməyənlərdə iki qatına çıxır.

Şərhlər

Çox oxunanlar