Bakıda havada tozun miqdarı artdı
20.09.2020 15:44 Sosreaksiya 952
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.
“Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”, - o bildirib.
Şərhlər