"Rəqabət mühiti gəncləri həvəsləndirir" - EKSPERT

13.08.2015 16:23     Sosreaksiya     2112

Xəbər verdiyimiz kimi, bu il ali məktəblərə imtahan verən abituriyentlərdən 15-i maksimum nəticə göstərərək 700 bal toplayıb.

Təhsil eksperti Etibar Əliyev Reaksiya.az- a açıqlamasında bunu gənclər arasında rəqabət mühitinin olması ilə əlaqələndirib: “ Məlumdur ki, yüksək bal toplayan tələbələr istər dövlət proqramı ilə xaricdə təhsil almaqda, istərsə də yüksək vəzifələr əldə etməkdə daha çox şans qazanırlar. Buna görə də gənclər daha çox oxuyaraq, digər abituriyentlərdən fərqlənməyə çalışırlar. Burada rəqabət mühitinin olması amili özünü göstərir”. 

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü isə  bunun təhsil sahəsində aparılan islahatlarla əlaqədar olduğunu bildirib: “ Keçən illə müqayisədə yüksək rəqəmdir. Hesab edirəm ki, bu, tam orta məktəblərin X-XI siniflərində təlimin şagirdlərin meyl və marağına uyğun qurulmasının nəticəsində baş verib. Apardığımız müşahidələr bunu deməyə əsas verir ki, bu siniflərdə öz-özlüyündə fənlərin təmayülləşməsi prosesi başlanıb.

Bilirsiniz ki, bu tədris ilindən Təhsil Nazirliyi 50 məktəbin X-XI siniflərində təmayülləşmənin tətbiqinə başlayacaq. Demək istədiyim odur ki. X-XI siniflərin universitetlərə hazırlıq mərhələsi olduğunu və bu siniflərdə təlimin şagirdin meyl və marağına uyğun qurulması günün tələbidir və bu istiqamətdə islahatların aparılması təlimin keyfiyyətinin yüksəldilməsində təxirəsalınmaz tədbirlərdəndir”.

 

Şərhlər

Çox oxunanlar