Ermənilərin hədəfə aldığı Ağdam sakinin vəziyyəti ağırdır
27.09.2020 16:24 Sosreaksiya 448
Düşmənin hərbi təxribatı nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Reaksiya.az Azərtaca-a istinadla xəbər verir ki, yaralının anası Sahibə xanım oğlu ilə birgə kənd yolunda gedərkən düşmənin hədəfinə tuş gəldiklərini deyib:
“Mərmi 10 metr yanımıza düşdü. Toz-dumandan bir-birimizi görmədik. Sonra gördüm ki, oğlum qolundan və qarnından yaralanıb. O anda nə edəcəyimi bilmədim. Qonşuların köməyi ilə oğlum təcili Ağdam rayon xəstəxanasına çatdırıldı. İndi həkimlərin nəzarətindədir”.
Xəstəxanadan verilən məlunmata görə, Eşqin Allahyarov qarın boşluğundan keçən və qolundan aldığı qəlpə yaraları ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb, qəlpələr çıxarılıb, hazırda vəziyyəti ağırdır.
Reaksiya.az
Şərhlər