"Wi-fi" ilə insanları izləmək mümkündür?

13.08.2015 17:35     Sosreaksiya     3070

“Wi-fi vasiləsilə insanların hərəkətini kobudca izləmək olar”.

Bu sözləri İT ekspert Vahid Qasımova Reaksiya.az-a açıqlmasında bildirib.

O, bu texnologiyanın tətbiqinin mümkün olduğunu qeyd edib:

“Bu normal şeydir. Amma söhbət ondan getmir ki, "Wi-Fi" vasitəsilə sizi kameradaki kimi izləsinlər. Sadəcə, bir obyektin kobudca hərəkətini tutmaq mümkündür”.

Qeyd edək ki, bu barədə ABŞ-ın xüsusi xidmət orqanları araşdırma aparıblar.

Onlar, London Universitet Kollecində işləyən alimlərin proqramından istifadə edərək "Wi-Fi" texnologiyasının köməyi ilə qonşu otaqda yerləşən insanların hərəkətini izləməyi öyrəniblər.
 
25 santimetr olan beton divarın arxasındakı insanların hərəkətini izləməyə imkan verir. Mütəxəssislərin həlli xüsusi xidmət orqanlarını maraqlandırıb. Belə ki, perspektivli texnologiya divarın arxasında yerləşən insanın hərəkətini izləməyə imkan verir. 

Şərhlər

Çox oxunanlar