Hacıyev cəbhədəki son vəziyyətdən danışdı - VİDEO - VİDEO
28.09.2020 11:24 Sosreaksiya 744
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Əl-Cəzirə” telekanalına müsahibə verib.
Reaksiya.az xəbər verir ki, o, müsahibəsində dünən səhər saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətməsindən danışıb.
Hikmət Hacıyev cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmasından söz açıb.
Şərhlər