Düşmən Tərtərdə polis şöbəsinə zərbə endirməyə cəhd edib - Hacıyev
28.09.2020 11:47 Sosreaksiya 771
Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir.
Reaksiya.az xəbər verir ki, bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə aldığını, Ermənistanın hərbi doktrinasında mülki əhalinin hədəf kimi göstərildiyini bildirən Prezidentinin köməkçisi deyib:
“Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.
Şərhlər