Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi

28.09.2020 11:58     Sosreaksiya     381

Dünən axşam saatlarında Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə iclas keçirilib.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin erməni təxribatları barədə məlumatlandırılması ilə bağlı səfirlərimizə tapşırıqlar verilib: "Eyni zamanda Müdafiə Nazirliyi tərəfindən də davamlı olaraq məlumatlar verilir. Biz beynəlxalq təşkilatları da davamlı şəkildə məlumatlandıracağıq".

Reaksiya.az

Şərhlər