Rusiya hərbi gəmiləri Bakıya gəldi - FOTOLAR

13.08.2015 17:40     Sosreaksiya     1867

Rusiya Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin bu gün Bakıya rəsmi səfəri başlayıb.

Reaksiya.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

Şərhlər

Çox oxunanlar