Ermənistan ordusunun polkovniki məhv edildi - MN

29.09.2020 11:09     Sosreaksiya     621

Ermənistan ordusunun polkovniki məhv edilib.

Bunu Reaksiya.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”, o bildirib.

Reaksiya.az

Şərhlər