Düşmənin daha bir zabiti məhv edildi - MN

29.09.2020 12:09     Sosreaksiya     528

Ermənistan ordusunun daha bir zabiti məhv edilib.

Bunu Reaksiya.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan bu gün məhv edilib", - o vurğulayıb.

Reaksiya.az

Şərhlər