Düşmənin əks-hücumu dəf edildi - MN

29.09.2020 12:55     Sosreaksiya     680

Düşmənin əks-hücum cəhdi dəf edilib.

Bunu Reaksiya.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb", - o vurğulayıb.

Reaksiya.az

Şərhlər