Bərdədə Səfərbərlik Xidməti önünə insan axını - FOTO

29.09.2020 13:21     Sosreaksiya     419

Bu gün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi qarşısında izdiham yaşanır.

Reaksiya.az Musavat.com-a istinadən xəbər verir ki, yüzlərlə insan ordumuzun işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı hərbi əməliyyatlara qoşulmaq üçün növbəyə düzülüblər.

Bərdədən və kəndlərdən xeyli sayda gənc səfərbərlik üçün hazırdırlar.

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən qismən hərbi səfərbərlik elan olunub.

Reaksiya.az

Şərhlər