Türkiyədə partlayışlar baş verib - ölənlər və yaralananlar var

06.06.2015 01:27     Sosreaksiya     1106

Türkiyənin Diyarbakır şəhərində HDP (Xalqların Demokratik Partiyası) nümayişində bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 3 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. 

Reaksiya.Az-ın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlardan dərhal sonra HDP-nin nümayişi dayandırılıb.
 
Türkiyə baş naziri Əhməd Davudoğlu insidentin səbəbinin araşdırılacağını və hücum olduğu təqdirdə günahkarların tapılacağını bəyan edib. Baş nazir həmçinin Türkiyə vətəndaşlarını, xüsusilə də Diyarbakır sakinlərini hər cür təxribata uymamağa çağırıb. 

Şərhlər

Çox oxunanlar