Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı

29.09.2020 20:57     Sosreaksiya     367

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetindən Reaksiya.az-a verilən məlumata görə, F.Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Reaksiya.az

Şərhlər