Şiddətli döyüşlər gedir - PREZİDENT

29.09.2020 22:36     Sosreaksiya     876

Cəbhədə vəziyyət gərgindir.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışında deyib.

“Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır”, - İlham Əliyev bildirib.

Reaksiya.az

Şərhlər