Deputatlardan təklif: İsraildə səfirlik açılsın
30.09.2020 12:51 Sosreaksiya 469
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Azərbaycanın Kuba Respublikasında səfirliyinin açması ilə bağlı məsələ müzakirə olunub, yüksək qiymətləndirilib.
Reaksiya.az Muisavat.com-a istinadən xəbər verir ki, komitə sədri Səməd Seyidov bu qərarın əhəmiyyətindən bəhs edib.
Çıxış edən deputat Sabir Rüstəmxanlı Azərbaycanın bizə dost ölkə olan İsraildə səfirlik açmasını təklif edib:
Bildirib ki, müsəlman qonşumuz İranın işğalçı Ermənistana yardım göstərməsinə etiraz etdi:
“İran 35 milyon insana hörmət qoymayaraq, Culfa körpüsündən Ermənistana silah daşımaqla məşğuldur. Üstəlik, bu ölkədə topantı keçirilir və Azərbaycanın atəşi dayandırması, geri çəkilməsi çağırışı edilir. İran, bizim qonşumuz, həmişə sayğı ilə yanaşdığımız, münasibətləri inkişaf etdirmək istədiyimiz müsəlman ölkəsi dayanmadan işğalçı Ermənistana kömək edir”. Deputat sonda bildirdi ki, “biz növbəti səfirliklərimizdən birini İsraildə açmalıyıq”.
Deputat Fəzail Ağamalı da İsraildə səfirliyimizin açılmasını zəruri sayıb:
“İsrail dövləti ilə son dərəcədə yüksək səviyyədə əlaqələrimiz var. Bu gün İsraillə Azərbaycan arasında əlaqələrin daha yüksək səviyyədə qurulması üçün İsraildə səfirliyimizin açılmasınaehtiyac var. Onların bizdə səfirliyi var, bizim də İsraildə səfirliyimiz olmalıdır”.
F.Ağamalı sədrdən xahiş edib ki, bu xahişi lazımi ünvanlara çatdırsın.
Şərhlər