AzTV əməkdaşları erməni atəşinə məruz qaldı

30.09.2020 13:18     Sosreaksiya     507

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Televiziyasının əməkdaşları da bu gün 2 dəfə erməni atəşinə məruz qalıblar.

Belə ki, AzTV-nin əməkdaşı Elnur Tofiq Tərtərdəki son vəziyyəti birbaşa bağlantıda tamaşaçılara çatdıran zaman düşmən atəş açıb. Daha sonra isə TV-nin əməkdaşları çəkilişə gedərkən maşından təxminən 5 metr uzağa mərmi düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Reaksiya.az

Şərhlər