Düşmənin Ağdərədəki qərargahına zərbə endirildi - Müdafiə Nazirliyi

30.09.2020 15:34     Sosreaksiya     643

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Reaksiya.az

Şərhlər