“9 məktəbə ziyan dəyib, 2 şagird həlak olub, müəllim yaralanıb”

30.09.2020 16:37     Sosreaksiya     481

Hazırda Təhsil Nazirliyi oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin əyani tədrisə başlaması və Bakı, Sumqayıt, Abşeronda bağçaların fəaliyyətə başlaması ilə bağlı brifinq keçirir.

Reaksiya.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev brifinqdə  bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın ərazilərinə hücumları nəticəsində cəbhəyanı zonada hazırda 420 məktəb fəaliyyətini məhdudlaşırıb: “Doqquz məktəb binası artilleriya hücumları nəticəsində ziyan dəyib. İki şagirdimiz həlak olub, bir müəllimimiz xəsarət alıb. Biz nikbinik, əminik ki, Ordumuz qələbə qazanacaq və məktəblərimiz fəaliyyətə başlayacaq”.

Reaksiya.az

 

 

Şərhlər