Ağdamda 97 ev və obyekt dağıdılıb - FOTO
30.09.2020 23:31 Sosreaksiya 552
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Reaksiya.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.
Onun sözlərinə görə, erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb:
"Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi ziyan dəyib. Onlardan 80-i yaşayış evidir, qalan 17-si isə digər tikililərdir. Zərər dəyən evlərdən 20-si tam dağılıb, 60-ı isə qismən. Ermənilər Ağdamda 80 yerlik Təzəkənd orta məktəbini də atəşə tutublar. Yeni tikilmiş modul tipli məktəbin qapı və pəncərəsi dağılıb, məktəbə ciddi ziyan dəyib. Hadisə nəticəsində əhaliyə məxsus 22 baş mal-qara da tələf olub".
A.Əliyev bildirib ki, ermənilərin kəndləri hədəfə almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi var: "Əhali döyüşə hazırdır, evlərini təkr etmək fikrində deyil. Ağdam əhalisi Azərbaycan Ordusuna güvənir və onlara lazım olan dəstəyi verməyə hazırdır".
Şərhlər