Şəhid ailələrinə yardım adı ilə DƏLƏDUZLUQ edilir? - HÜQUQŞÜNAS RƏYİ
01.10.2020 15:13 Sosreaksiya 436
Vətəndaşlar əmin olmadıqları, tanımadıqları halda heç bir şəxsin hesabına əsgərlər üçün pul göndərməsin. Çünki bəzi şəxlər hazırki vəziyyətdən istifadə edib dələduzluq etməyə çalışa bilər.
Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev son günlər orduya dəstək, şəhid ailələri və övladlarına müxtəlif ianə toplanılması ilə bağlı danışarkən deyib. O, vətandaşları belə məsələlərdə diqqətli olmağa çağırıb:
“Düzdür, qanunən vətəndaşlar belə hallarda müxtəlif yardımlar toplaya bilər. Yəni, burada hər hansı bir hüquq pozuntusu yoldur. Lakin ianə toplayan öz şəxsiyyəti barədə kifayət qədər məlumat ortaya qoymursa, pulları hansı əsasla, hansı ərazidə, hansı miqdarda paylacağı barəsində izahat vermirsə, bu cür elanlara əsla reaksiya verilməsin. Çünki bu yardımı toplayanlar arasında dələduzlar da ola bilər. İanələr ancaq etibarından şübhə edilməyən şəxslərə, qurumlara verilməlidir. İnsanlarımız vətənpərvərlik hisslərindən birilərinin sui-istifadə etməsinə imkan verməməlidir”.
F. Mehdiyev bur formada dəladuzluq edən şəxlərin Cinayət Məcələsinin 179-cu maddəsi ilə cazalana biləcəyini bildirib.
Şərhlər