Cəbhə bölgəsində elektrik infrastrukturu atəşə tutuldu

02.10.2020 15:41     Sosreaksiya     545

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.

Reaksiya.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Goranboyda 35/10 kV-luq “Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq “Telestudiya” hava xətti, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq “Əzizbəyov” və “2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub. Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.

Tərtərdə isə 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq “3 №-li AzGes”, “11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq “Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq “3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.

Füzulidə 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq “Şükürbəyli”, “Qazaxlar”, “Babı” və “Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub. Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdamda 110 kV-luq “Təzəkənd-1”, “Təzəkənd-2”, “Xındırıstan-1” və “Xındırıstan-2” hava xətləri vurulub. Bu xətlərin də bərpası təmin edilib.

Ağcabədidə 110/35/10 kV-luq “Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq “Minəxorlu” və 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “PMK 4” hava xətləri vurulub və bərpa olunub.

Qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub. Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə 1 kəndi və 5 qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.

Reaksiya.az

Şərhlər