Müdafiə Mazirliyi düşmənə növbəti dəfə xəbərdarlıq etdi
04.10.2020 08:55 Sosreaksiya 429
Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.
Bu barədə Reaksiya.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.
Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək", - deyə, xəbərdarlıqda bildirilir.
Şərhlər