Ordumuzun dəqiq zərbəsi ilə Araik Arutunyan cəzasını alıb

04.10.2020 13:23     Sosreaksiya     707

Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır. Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən buradan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı.

Reaksiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb: "Arutunyan cəzasını aldı, digər müharibə cinayətkarları da öz layiqli cavablarını alacaqlar".

Reaksiya.az

Şərhlər