Bərdənin qaz təchizatı məhdudlaşdırıldı
05.10.2020 15:46 Sosreaksiya 629
Bu gün səhər saatlarından etibarən cəbhənin təmas xəttində düşmənin Bərdə şəhərini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dən etibarən Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.
Bu barədə Reaksiya.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində baş vermiş dağıntılar və təhlükəsizlik tədbirləri nəzərə alınaraq oktyabrın 4-dən etibarən Gəncə şəhərinin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətləri zədələnib və ümumilikdə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Hazırda təmir işləri aparılır.
Onu da qeyd edək ki, “Azəriqaz” İB çətinliklərə baxmayaraq, həyati əhəmiyyətli və strateji obyektlərin qaz təchizatını diqqətdə saxlayır.
Şərhlər