Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi

06.10.2020 12:59     Sosreaksiya     650

Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

Reaksiya.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Reaksiya.az

Şərhlər