Azərbaycanın baş infeksionisti işdən azad olundu
07.10.2020 15:45 Sosreaksiya 461
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
Bu barədə Reaksiya.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. C.İsayevin yerinə isə Təyyar Eyvazov gətirilib.
Qeyd edək ki, T.Eyvazov Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.
Şərhlər