Daha 6 şagird koronavirusa yoluxdu
07.10.2020 18:24 Sosreaksiya 417
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Reaksiya.az-a bildirilib ki, oktyabrın 7-də 6 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 27 olub.
Şərhlər