İş axtaranlara şad xəbər

14.08.2015 12:27     Sosreaksiya     2167

Komissiya: Dənizkənarı Bulvar İdarəsi ilk dəfə vakant dövlət qulluğu vəzifəsini müsabiqəyə təqdim edib

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandığı gündən etibarən ilk dəfə olaraq vakant vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi yeni müsabiqəyə təqdim edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 14 avqust tarixində elan olunmuş yeni müsabiqəyə yanında Dənizkənarı Bulvar İdarəsinin Tikinti, arxitektura və landşaft dizaynı şöbəsində məsləhətçi vakant vəzifəsi çıxarılıb.

Qeyd edək ki, 2007-ci ildən dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrin keçirilməsinə baxmayaraq, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi vakant vəzifələri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməmişdi.

Xatırladaq ki, “Dövlət qulluğu haqqında” qanunun 29.2-ci maddəsinin birinci hissəsinə əsasən dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.

Şərhlər

Çox oxunanlar