Hikmət Hacıyev: “Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”
08.10.2020 11:58 Sosreaksiya 854
"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.
H. Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.
“Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, -deyə Prezidentin köməkçisi vurğulayıb.
Şərhlər