Ermənilərin atdığı mərmi Bərdədə məktəbin yaxınlığına düşdü
08.10.2020 13:50 Sosreaksiya 376
Cəbhədə şiddətli döyüşlər davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.
Reaksiya.az report-a istinadən xəbər verir ki, Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin həyətinə düşüb. Xoşbəxtlikdən top mərmisi partlamayıb. Hazırda dəymiş ziyan araşdırılır.
Döyüşlər davam edir.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu ermənilərin Bərdəni atəşə tutması nəticəsində 7 mülki şəxsin yaralanması barədə məlumat yayıb.
Şərhlər